Dədə Süleymanın qızı: “Qardaşım xəstədir, onu məhkəməyə verəcəm” - Açıqlama

Dədə Süleymanın qızı:  “Qardaşım xəstədir, onu məhkəməyə verəcəm” - Açıqlama
6 noyabr 2023
# 13:35

Görkəmli sənətkar, Əməkdar artist Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev “Bizimləsən” verilişində bacısı Aygünün ünvanına ittihamlar səsləndirib.

Kulis.az xəbər verir ki, Aygün Abdullayeva qardaşının onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, qardaşının şizofreniyadan əziyyət çəkdiyini deyib.

“Qardaşım Cümşüdün dedikləri sağlam yox, xəstə adamın dedikləridir. “Bizimləsən” verilişi Cümşüdün yaşadığı evə gedib. Guya Cümşüd o daxmada yaşayır. O verilişdə çıxış edən ekspertlər niyə ona sual vermir ki, Cümşüd, belə evdə yaşayan insanın üst-başı kirli, dırnaqları uzun, özü baxımsız olur?!

Həmin evin sahibi Cümşüddən şikayətçidir. Deyir ki, Cümşüdü tutduracam, xəbərim olmadan evimdə çəkiliş aparıblar. O da həmin adamın evi yox, əl damıdır. Ona yalvarmışam ki, Cümşüdlə işin olmasın. Ora Cümşüdün yaşadığı ev deyil. Cümşüd atamın verdiyi gözəl binada yaşayır. Verilişdə özünü gülünc vəziyyətə qoyur. Məni aldada bilərsən, aparıcını aldada bilərsən, Allahı ki aldada bilməyəcəksən! Cümşüdü o işlərə təhrik edən biri var.

Məhkəmə olanda mən o insanı da ora çağıracam. Cümşüdün xəstəliyindən istifadə edib onu qızışdıranlar var. Həkimlərimizdən xahiş edəcəm ki, qardaşımı yoxlayın, bir kurs müalicə edin. Sonra onun indiki danışığını da, müalicədən sonra danışdıqlarını da yan-yana qoyun. Görəcəksiniz ki, orada iki Cümşüd var. Biri sağlam, digəri isə xəstə. Cümşüd şizofreniya xəstəsidir. Belə xəstələrin iki şəxsiyyəti olur. Biri ağıllı, biri dəli. Cümşüd də o xəstəliyi pis vərdişləri hesabına qazanıb”.

Aygün Abdullayeva qardaşı Cümşüdün “Aygün atamın evini satıb” iddiasını da təkzib edib.

“Cümşüd iddia edir ki, guya mən ölkə başçısının atama verdiyi evi satmışam. Bu, ağ yalandır! Atam evi sağlığında özü satıb. Məndə notariusun sənədi var. Səhv etmirəmsə, ev 2020-ci ildə satılıb. Cümşüd də 2019-cu ildə həbs olunub. O, verilişdə yalanlar uydurub danışsa da, yenə də mənim qardaşımdır. Sabah ona bir şey olsa, yenə mən qaçacam. Çünki Allah mənə elə mərhəmət verib ki, öz yaxşılığımdan qala bilmirəm.

Mənə deyirlər ki, Aygün, daha bundan o yana yol yoxdur, sən necə onun haqda belə danışa bilərsən?! Mənim təbiətim belədir, özümlə bacara bilmirəm. Amma bir şeyə pis oluram ki, Cümşüdün xəstəliyindən istifadə edənlər var. O, verilişdə deyir ki, sağ olsun, yoldaşım məni dəlixanadan çıxardı. Yalan deyirsən, Cümşüd! Sən həbs olunanda bizim evə gəldin. Sənin ayaq dırnağını tutmağımdan, körpə uşaq kimi qulluğumda durmağından utan heç olmasa! Atam bizə dedi ki, gedin barışın!

Qardaşım Ceyhunu da, onun yoldaşını da götürüb barışığa getdim. İnanın Allaha, Cümşüdün yoldaşı bizi təhqir edib qapıdan qovdu. Atama dedim ki, bizi qovdular. Dedi ki, hirslidirlər, eybi yox. Həmin təriflədiyi yoldaşı polisdən uzaqlaşdırma qərarı aldırdı. Cümşüd həbs olunanda günlərlə yemək yemədim, ac-susuz, ağlaya-ağlaya gəzib-dolanırdım. Sanki dünyam başıma çökmüşdü. Keçən ilin dekabr ayında Cümşüdə 40 min manat pul vermişəm. O, 40 min manatı apardı. Nə mənə zəng etdi, nə də sağ ol dedi.

Ona maşınlar alıb vermişəm, yoldaşının onkoloji xəstəliyini müalicə etdirmişəm, mənim hesabıma kliplər çəkdirib. Onun kliplərinin sponsoru həyat yoldaşım olub. Əlimdə onunla bağlı çox faktlar var. Onun dediyi sözlərin hamısı yalandır. Cümşüd xəstədir, onun xəstəliyindən istifadə edib bizi düşmən etmək istəyirlər. Amma onu görməyəcəklər. Mən buna icazə verməyəcəm!

Onun xəstəliyindən istifadə edən insanlar isti evlərində rahat şəkildə televizorun qarşısında oturub mənə gülürlər! Mən həmin insanların hamısını məhkəməyə çağıracam. Xəstə insandan istifadə etməyin özü də bir cinayətdir! Onun gözəl səsi də, avazı da var idi. Orada oturan ekspertlər niyə sual vermirlər ki, Cümşüd, sənətini niyə davam etdirmirsən?! Cümşüd artıq mahnılarının sözlərini, danışığını da unudub.

Efirə çıxmağa yoldaşım qoymur, amma ən azından telefonla qoşula bilərəm. 3 gündür nə yerdəyəm, nə göydə, məni efirə qoşan yoxdur! Hamı elə birtərəfli danışır. Reytinq qazanmaq üçün təkcə Cümşüdü danışdırırlar. Gözləyirlər ki, görək Cümşüd orada daha hansı faktları açıqlayacaq?! Ayıb deyil?! Allahdan qorxun! O, xəstə uşaqdır. Reytinq qazanmaq üçün o qədər söhbətlər var ki. Məhkəmənin, həkimlərin qərarını götürəndən sonra bütün mediaya, televiziyalara göndərəcəm ki, görün kim haqlı, kim haqsızdır! Cümşüdün görkəmindən xəstə olmağı görünmür ki?!

O, vaxtilə nə anama qulaq asdı, nə də atama. Dəfələrlə bizdə qalıb, xəstəliyi baş qaldırıb, əlinə bıçaq götürüb, balkona çıxaraq gedib-gələni söyüb. Qızım ağlaya-ağlaya zəng edib ki, ana, dayım evi dağıdır. Müalicə olunandan sonra elə gözəl olub ki. Bir gün də yoldaşı zəng edib atamgili çağırmışdı. Gedib görmüşdülər ki, həyat yoldaşını döyüb, evdə olan qab-qacağı, mebeli məhv edib! Bu onun xəstəliyindən irəli gəlirdi! Atamın bütün pulu, qazancı qardaşımın və ailəsinin yolunda gedib.


O media işçilərindən də, Zaur Baxşəliyevdən də xahiş edirəm ki, bu söhbəti yığışdırsınlar. Efirdən elan etsin ki, Cümşüdlə Aygünün məsələsi məhkəmədə həll olunacaq. Mən Cümşüdün ittihamlarına məhkəmə vasitəsilə cavab verəcəm! Zaur bəyi qınamıram, bu onun işidir. Sadəcə ondan bir bacı, bir ana olaraq çox xahiş edirəm! Bibim zəng edib ağlayır ki, qardaşımın ruhu narahatdır".

moderator.az

# 1284 dəfə oxunub

Müəllifin son yazıları

# # #