Ədəbiyyatımızda “altmışıncılar” nəsli

Ədəbiyyatımızda “altmışıncılar” nəsli
22 aprel 2020
# 17:01

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu qurumun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “Azərbaycan altmışıncıları” adlı məqalələr toplusu hazırlanır.

İnsitutdan Kulis.az-a verilən xəbərə görə, topluda ədəbiyyatda “altmışıncılar” adı ilə tanınmış yazıçı və şairlər haqqında portret-oçerklər öz əksini tapacaq.

İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsi tərəfindən hazırlanan bu kitabda yer alacaq portret-oçerklərin hazırlanmasına müəssisənin digər şöbələrində çalışan tanınmış alim və istedadlı gənc mütəxəssislər də cəlb edilib.

“Azərbaycan altmışıncıları” kitabı üzərində işin iyul ayınadək başa çatdırılması nəzərdə tutulur.

# 2833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #