Ədalət Şükürov: "Kitab oxuyan, televizora baxanın rəisi olacaq"

Ədalət Şükürov: "Kitab oxuyan, televizora baxanın rəisi olacaq"
12 iyun 2020
# 11:40

"İndiyənə qədər çalışmışam heç kimə qarşı səhv etməyim.

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Show news"a açıqlamasında deyib. "Alınmayacaq, zəmanə başqadır. Heç nəyi dəyişdirə bilmərik. Əvvəl biz kitab oxuyardıq, indikilər oxumur. Girirlər internetə hər şeyə baxırlar, elektron kitab oxuyurlar. Amma həmişə demişəm: Kitab oxuyan televizora baxanın rəisi olacaq".

Sənətə gəldiyi ilk zamanlarda qarşılaşdığı haqsızlıqlardan danışan Əməkdar artist heç vaxt pisliyə pisliklə cavab vermədiyini deyib:

"İndiyənə qədər çalışmışam heç kimə qarşı səhv etməyim. Azərbaycana yeni gələndə təəccüblənirdim. Başlayırdılar mikrofunun səsini azaltmağa, batareyasını çıxarmağa, ya səhnəyə çıxanda məni elan etmirdilər. Amma mən onlara özümü sübut etdim, dedim ki, mənə qarşı elə olmayın. İndi mənə qarşı nə operatorlardan, nə jurnalistlərdən, nə aparıcılardan neqativ nəsə olub".

# 3031 dəfə oxunub

Müəllifin son yazıları

# # #