Dağıstanın Xalq şairi vəfat etdi

Dağıstanın Xalq şairi vəfat etdi
21 fevral 2023
# 17:40

Dağıstanın xalq şairi Maqomed Əhmədov 67 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun oğlu Murad Əhmədov TASS- a müsahibəsində bildirib.

Ölümün səbəbi uzun sürən xəstəlik olub. Şair ömrünün son günlərini Moskva xəstəxanalarından birində keçirib. Əhmədovun dəfn mərasimi doğulduğu Qunib rayonunun Qonoda kəndində olacaq.

1979-cu ildə Əhmədov əmək fəaliyyətinə Dağıstan Kitab Nəşriyyatında redaktor kimi başlayıb. 2004-cü ildə Dağıstan Yazıçılar Birliyinin İdarə Heyətinin sədri, 2018-ci ildə Rusiya Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və katibi seçilib .

2005-ci ildə Əhmədov "Dağıstanın xalq şairi" adına layiq görülüb. O, həmçinin "Rusiyanın Böyük Ədəbi Mükafatı" və "Delviq Ədəbi Mükafatı" laureatıdır.

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #