Dağıstanın xalq artisti vəfat etdi

Dağıstanın xalq artisti vəfat etdi
4 aprel 2023
# 17:40

Dağıstanın xalq artisti Maqomedrəsul Zavayev 77 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zavayevin ölüm səbəbi hələ məlum deyil.

Dağıstan Mədəniyyət Nazirliyinin rəhbəri Zarema Butayeva aktyorun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Məhəmmədrəsul Zavayev 1945-ci ildə Xacalmaxı kəndində anadan olub. Məktəbdən sonra musiqi məktəbinə daxil olub. 1978-ci ildə sənətçi T.Muradov adına Dağıstan Dövlət Filarmoniyasında fəaliyyətə başlayıb. Ömrünün son illərində Dağıstan Dövlət Opera və Balet Teatrında opera truppasının solisti işləyib.

# 857 dəfə oxunub

Müəllifin son yazıları

# # #