Çürük alma qoxlayan, evini fermaya çevirən, içkini özüylə gəzdirən... – Məşhur yazıçıların qəribəlikləri

Ç.Dikkens, Cek London, F.Şiller, F.S.Fitzcerald

Ç.Dikkens, Cek London, F.Şiller, F.S.Fitzcerald

4 dekabr 2021
# 16:30

Kulis.az dünya ədəbiyyatından yeddi nəhəng imzanın qəribəliklərini təqdim edir.

1.Fridrix Şiller

Dövrünün ən böyük şairlərindən olan Şiller yazı yazarkən mütləq masasının üstündə çürük alma olmalı idi.Alma qoxusunun onu başqa aləmə apardığını, özünü təbiətin qoynunda hiss etdirdiyini deyirdi. Masa üstündə milçəklər vızıldaşan çürük bir alma və oturub şeir yazan bir şair. Təsəvvür edə bilirsiniz?

2. Fransiz Skot Fitscerald

“Möhtəşəm Qetsbi” əsərini tanıdınız yəqin ki. Məşhur yazar caz dinləməyi, qadınlarla əylənməyi və ən çox da alkoqolu sevirdi. “Alkoqol olmasa bircə cümlə də yaza bilmərəm” – deyən yazıçının ölümü elə alkoqoldan oldu. Alkoqol sağlamlığını, nüfuzunu və 44 yaşında da həyatını əlindən aldı.

3. Hüseyn Rahmi Gürpınar

Yazı prosesinə fasilə verib istirahət etdiyi zamanlarda ya hörgü hörür ya da mətbəxdə mürəbbə bişirirdi. Və bunların onun yazı qabiliyyətini artırdığını, düşüncəsinin üfüqlərini genişləndirdiyini iddia edirdi.

4. Ceyn Ostin

Məşhur “Qürur və Qərəz” romanının müəllifi olan bu xanım yazı yazarkən mütləq tək qalmalı idi. Kiminsə yaxınlaşdığını, otağa daxil olduğunu gördükdə isə tələsik yazını dayandırır, kağız-kuğuzu yığışdırırdı.

5. Çarlz Dikkens

Dünya ədəbiyyatının ən önəmli yazarlarından biri olan Dikkens əsl heyvansevər idi. Evi fermanı xatırladırdı. İki quzğunu, yeddi cins iti, bir pişiyi, bir tutuquşusu və bir ponisi vardı.

6. Truman Kapot

Siqaret çəkməyi sevirdi və bir külqabıda ən çox iki siqaret söndürürdü. Eyni külqabıda ikidən artıq siqaret söndürməyi uğursuzluq hesab edirdi.

7. Cek London

Ən yaxın dostu elan etdiyi Con Barleykorunu o qədər sevirdi ki, ondan əsla ayrılmırdı. Hara getsə mütləq yanında aparırdı. Hətta bu böyük dostluğa ithaf etdiyi bir kitabı da var. Bəs bilirdiniz ki, Con Barleykorun, əslində, insan yox, Cek Londonun spirtli içkilərə verdiyi ad idi? Spirtli içki ilə beş yaşında tanış olub, dostlaşmış Cek London o qədər içirdi ki, ömür boyu başına müxtəlif qəzalar gəlirdi.

# 2790 dəfə oxunub

Müəllifin son yazıları

# # #