Corc Qafarov: “Məndən əl çəkin!”

Corc Qafarov, Roza Zərgərli

Corc Qafarov, Roza Zərgərli

18 avqust 2022
# 13:20

"Çox kiçik və çox böyük səhvlərim ola bilər. Olub! Amma bu o demək deyil ki, mən bu səhvlərdən nəticə çıxartmıram. Sadəcə mənim formalaşmağımda cəmiyyətin payı az olmayıb".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Corc Qafarov sosial şəbəkə hesabında yazıb. O, ünvanına yazılan tənqidlərə reaksiya verib:

"Bir insan kimi ətraf mənə çox güclü təsir və idarə edə bilir. Amma aktyor kimi mənə təsir etmək mümkünsüzdür. Yəni mən Corc olaraq qalmaq istəyirəm səhvlərimlə, düzlərimlə. Çox xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, mənə təsir etməyin. Sadəcə mənim yaxamdan əl çəkin! İcazə verin, nəfəs alım, yaşayım".

Xatırladaq ki, Corc qardaşı Jerarla birlikdə kimsəsiz uşaq evində böyüyüb. Onu və qardaşını müğənni Roza Zərgərli himayəsinə götürüb.

# 3734 dəfə oxunub

Müəllifin son yazıları

# # #