Corc Martin yazıçıların tətili səbəbindən HBO ilə işini dayandırdı

Corc Martin yazıçıların tətili səbəbindən HBO ilə işini dayandırdı
24 iyul 2023
# 14:30

Yazıçı Corc Martin sosial media hesabında Amerika Yazıçılar Gildiyasının tətili ilə həmrəy olaraq iyunun 1-dən HBO ilə müqaviləsini dayandırdığını elan edib.

Kulis.az xəbər verir ki, yazıçı “Heç kim bundan sonra nə olacağını dəqiq deyə bilməz, amma bu tətilin uzun olacağını hiss edirəm. Ümid edirəm ki, bu, 1985-ci ilin tətili qədər çətin olmayacaq” sözlərini yazıb.

Martin xatırladıb ki, tətil ,əsasən, televiziya və kinonu məhdudlaşdırıb, teatra təsir etməyib. Bununla yanaşı, yazıçı yeni kitab üzərində işlədiyini də vurğulayıb.

“Demək olar ki, hər gün yeni kitabım "The Winds of Winter"i redaktə edirəm. Düzü, proses o qədər də sürətli getmir, amma irəliləyiş var".

# 745 dəfə oxunub

Müəllifin son yazıları

# # #