"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama
16 yanvar 2026
# 16:35

Corat qəsəbəsində yerləşən Hacı Məcid və Hacı Əmrulla adları ilə tanınan hamamlar tarixi abidələrin reyestrinə daxil deyil. Həmin tiklilərin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən tarixi memarlıq əhəmiyyətli hamamların təhlükəli vəziyyətdə olduğu ilə bağlı xəbərlər yayılıb.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər