Conni Depp ayağı qırıldığı üçün turunu təxirə saldı

Conni Depp ayağı qırıldığı üçün turunu təxirə saldı
30 may 2023
# 11:20

Aktyor və ifaçı Conni Depp ayağı sındığı üçün rəhbərlik etdiyi "The Hollywood Vampires" qrupunun Amerika turnesini təxirə salıb.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Deppin Kann Film Festivalında dostu və musiqi səhnəsindəki həmkarı Ceff Bekin xatirəsinə həsr olunmuş konsertlər zamanı səhnəyə çıxdıqdan sonra topuğunun burxulduğu və nəticədə ayağının zədə aldığı məlum olub.

Həkimlər aktyordan səyahətdən çəkinməyi xahiş ediblər.

Komanda turun ilk üç konsertini təxirə salıb, yeni tarixlər hələ məlum deyil.

# 631 dəfə oxunub

Müəllifin son yazıları

# # #