Yeni Klinika: "Yaqub Zurufçunun vəziyyəti ağırdır" - Yenilənib

Yeni Klinika: "Yaqub Zurufçunun vəziyyəti ağırdır" - Yenilənib
9 sentyabr 2021
# 14:14

Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Bu barədə APA-ya koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilib.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

A. Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.

***

13.49

Əməkdar artist Yaqub Zurufçu koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O, sənətçinin hazırda “Yeni Klinika”nın reanimasiya şöbəsində müalicə olunduğunu deyib: “Həkimlər əllərindən gələni edirlər, lakin vəziyyəti heç də yaxşı deyil”.

# 2308 dəfə oxunub

Müəllifin son yazıları

# # #