Tom Kruz əsəbləşdi – Lənətə gəlmiş bu filmi bitirməliyik

Tom Kruz əsəbləşdi – Lənətə gəlmiş bu filmi bitirməliyik
28 iyun 2021
# 10:15

Məşhur Amerika aktyoru Tom Kruzun iştirakı ilə çəkilən “Vəzifəmiz təhlükə 7” filminin çəkilişləri növbəti dəfə dayandırılıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, filmin dayandırılmasına səbəb aktyorun korona virusuna yoluxması olub.

Çəkiliş heyətində olan başqa adamların da bu virusa yoluxduğu iddia olunur. Ortaya çıxan səs yazılarında aktyor çəkiliş heyətinə qarşı əsəbi və kobud sözlər işlədib:

“Bu hərəkətləri təkrar etsəniz, rədd olub gedəcəksiniz, işiniz sona çatdırılacaq. Heç kim üzr istəməyə belə cəhd etməsin. Biz lənətə gəlmiş bu filmi bitirməliyik!”

Xatırladaq ki, bir müddət əvvəl də filmin çəkilişləri pandemiya səbəbi ilə dayandırılmışdı.

# 1564 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #