Şəhriyar del Gerani Səməd Vurğunu tənqid etdi: "Onun adı gələndə zalı tərk etdim" - Video

Şəhriyar del Gerani Səməd Vurğunu tənqid etdi: "Onun adı gələndə zalı tərk etdim" - Video
3 mart 2020
# 10:46

Şair Şəhriyar Del Gerani efirdə Səməd Vurğunu tənqid edib.

Kulis.az xəbər verir ki, AzTV-nin "Görüş yeri" verilişində qonaq olan gənc şair repressiya ədəbiyyatından danışarkən sələfi haqqında birmənalı qarşılanmayan fikirlər səsləndirib.
O, qeyd edib ki, Mikayıl Müşfiqin yubileyində çıxış edən professor sözə Səməd Vurğunla başlayıb. Şəhriyar Del Gerani bildirib ki, Mikayıl Müşfiqin doğum günüdə sözə Səməd Vurğunla başlamaq düzgün deyil.

"Mən orda oturmadım. Çıxıb getdim. Mikayıl Müşfiqlə bağlı çıxışa Səməd Vurğunla niyə başlayırsan? Hüseyn Cavidlə başla da!"

"Görüş yeri" proqramından sözügedən hissəni təqdim edirik:

# 4983 dəfə oxunub

Müəllifin son yazıları

# # #