Seymur Baycan: “Rəşad Dağlı çox güclü sənətkardır”

Seymur Baycan: “Rəşad Dağlı çox güclü sənətkardır”
11 mart 2021
# 11:51

“Meyxanaya mütəmadi qulaq asıram. İlkin gənclik dövrümdə meyxana məclislərində tez-tez iştirak edirdim. Köhnə Əhmədlidə bir qohumum yaşayırdı. O da deyənlərdən idi. Onun vasitəsi ilə məclislərə gedirdim.”

Bu sözləri yazıçı Seymur Baycan azlogos.eu saytında Rəşad Səfərlə söhbətində deyib. O, daha sonra əlavə edib:

“Müasir meyxana ustadlarından Rəşad Dağlıya böyük hörmətim var. Rəşad Dağlı çox güclü sənətkardır. Adam rəsmən əjdahadır. Bir dəfə müsahibəsində demişdi ki, Dostoyevskinin “Cinayət və cəza” əsərini oxuyuram. Meyxana ustadlarının hamısı olmasa da, bəziləri klassik şərq ədəbiyyatını yaxşı bilirlər. Məsələn, Mehman Əhmədli klassik şərq ədəbiyyatını, Nəsiminin, Seyid Əzimin yaradıcılığını yaxşı bilir. Rəhmətlik Vuqar Biləcəri Füzulinin yaradıcılığını yaxşı bilirdi… Amma doğrudan da, Rəşad Dağlının “Cinayət və cəza”nı oxuması mənə qəribə gəlmişdi. Gözləmirdim. Əlbəttə, əvəzolunmaz şəxs yoxdur, bununla belə, düşünürəm ki, Rəşad Dağlı meyxanadan gedəndən sonra uzun müddət onun yeri görünəcək, boşluğu doldurmaq asan olmayacaq.”

# 2622 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #