Ölən misralar: Azərbaycan SSR-nin himni – Mətn

Ölən misralar: Azərbaycan SSR-nin himni – Mətn
28 aprel 2020
# 11:23

Bu gün 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci ildə hərbi müdaxilə ilə devriləndən bir gün sonra ölkəmiz Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Kulis.az Azərbaycan SSR-nin dövlət himninin artıq heç bir məna ifadə etməyən, bir yaradıcılıq nümunəsi kimi ölüb-gedən sözlərini maraqlananlar üçün təqdim edir. Xatırladaq ki, tariximizin bir parçası olan bu himnin sözlərini Səməd Vurğun və Süleyman Rüstəm yazıb.

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

# 3913 dəfə oxunub

Müəllifin son yazıları

# # #