Məşhur aktyor: "Bütün kişilər eyni anda ağladı"

Məşhur aktyor: "Bütün kişilər eyni anda ağladı"
19 mart 2020
# 15:42

ABŞ-lı aktyor Vin Dizel həm tərəf müqabili, həm də yaxın dostu Pol Uokerin 2013-cü ildə avtomobil qəzasında həyatını itirməsinin ardından, “Forsaj 7” filminin çəkilişlərini xatırlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı aktyor hisslərini bölüşərkən yenidən hər kəsi kövrəldib.

“Sanki mənə yenidən “Dəfnə geri qayıt”, demişdilər. Yaşananlara çox üzülmüşdüm. Buna rəğmən kimsənin bu cür dramatik hekayənin mövzu olaraq istifadə etməsini istəmədim. Mənim üçün çox vacib idi və həqiqətən də ağır bir vəziyyət idi”.

V.Dizel daha sonra bunları əlavə edib:

“Dostumun ölümündən sonra filmin final səhnəsi üçün, “bütün kişilər ilk dəfə eyni anda ağlaya bildi”.

Xatırladaq ki, eyni adlı filmin 7-ci hissəsinin çəkilişlərində iştirak edən Pol film ekrana çıxmamış Santa Klarita şəhərinin Valensiya bölgəsində idarə etdiyi Porsche markalı maşında qəzaya düşərək hadisə yerində faciəli şəkildə dünyasını dəyişmişdi.

# 1389 dəfə oxunub

Müəllifin son yazıları

# # #