Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"

Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
18 sentyabr 2020
# 13:10

"Fəxri adların verilməsi ilə bağlı dediyim fikir düzgün anlaşılmayıb, söhbət gələcəkdə verilən fəxri adlarla bağlı sui-istifadə hallarının qarşısının alınmasından gedir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O, bildirib ki, bu məqsədilə gələcəkdə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsi təklif edilib: "Bu mexanizm ondan ibarət olacaq ki, orada açıq-aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlara təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olacaq. Bu hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı bir sui-istifadə hallarının qarşısını ala biləcəyik".

Mədəniyyət Nazirliyində həbslər və Hesablamalar palatasının apardığı yoxlamalarla bağlı suallara cavab verən A. Kərimov deyib ki, bu məsələni artıq Maliyyə Nazirliyi və digər dövlət qurumları araşdırdığı üçün şərh vermək istəmir.

# 2232 dəfə oxunub

Müəllifin son yazıları

# # #