Marketdə işləyən tele-ulduz AzTV-yə qayıtdı

Marketdə işləyən tele-ulduz AzTV-yə qayıtdı
17 mart 2021
# 16:15

Aktyor Adışirin Bağırov AzTV-də işlə təmin olunub.

Bu barədə Kulis.aza Azərbaycan Dövlət Televiziyasından məlumat verilib.

1990-cı illərdə “Sehirli güzgü” verilişindən tanınan, Sim-sim Lələ kimi məşhurlaşan aktyor Adışirin Bağırov uzun illərdir işsizlikdən əziyyət çəkirdi.

Aktyor mediada bəzən unudulduğundan, hətta epizodik rollarda belə çəkilmədiyindən şikayətlənirdi: “Bir serial belə olmayıb ki, çağırsınlar, 10 manat, 20 manat versinlər, desinlər, epizodik bir rolda çəkirik səni”.

O, qazanc əldə edə bilmək üçün marketlərə üz tutduğunu deyir:

“Mən yaşamaq üçün nəsə yeməliyəm. Hətta marketlərə gedirdim ki, orada yarım gün də olsa işləyim, qazanc yerim olsun. Amma cəmi bir gün işləyə bilirdim. Kənardan insanlar marketin sahibinə aktyorun burada işlədiyinə görə irad bildirirdilər. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən”.

Azərbaycan Televiziyası A.Bağırova kanalda iş təklif edib, illər sonra o, yenidən TV-yə qayıdıb.

Aktyorun TV-dəki işi barədə ətraflı məlumat veriləcək.

# 5526 dəfə oxunub

Müəllifin son yazıları

# # #