Kəramət Böyükçöl: “Mirzə Ələkbər Sabir meyxananı xatırladır”

Kəramət Böyükçöl: “Mirzə Ələkbər Sabir meyxananı xatırladır”
18 iyun 2020
# 16:50

“Satiranı ədəbiyyat hesab eləmirəm”.

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Kəramət Böyükçöl goyce.az saytına müsahibəsində deyib.

“Mənim Sabirə də, Mirzə Cəlilə də və digər şairlərə, yazıçılara münasibətim ədəbi estetik səviyyəsindədir. Çünki satira anti-estetik janrdır. Ədəbiyyatsa estetika hadisəsidir. Sabirin istənilən satirasını çırtmayla deyirlər. Çırtma mənim yadıma meyxananı salır. Mən bunu təzədən gündəmə gətirib camaatı üstümə qaldırmaq istəmirəm”.

K.Böyükçöl daha sonra bu fikirləri bildirib:

“Üç il əvvəl mən deyəndə ki, Mirzə Cəlil kimi adamam, camaat məni söyürdü, ağzına gələni yazırdı ki, sən haranın zibilisən, özünü Mirzə Cəlillə müqayisə edirsən. İndi yavaş-yavaş özləri mənə Mirzə Cəlil deyir. Hətta "Cəlildən üstünsən" yazırlar”.

# 3604 dəfə oxunub

Müəllifin son yazıları

# # #