İşsiz qalan şair: “Taksi sürücüsü işləmək fikrindəyəm”

İşsiz qalan şair: “Taksi sürücüsü işləmək fikrindəyəm”
13 oktyabr 2021
# 13:01

“Real TV-dən iyunda ayrılmışam. Rəhbərlik və kollektivlə bütün münasibətlər dünən olduğu kimidir. Yəni dostca...”

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış şair Şəhriyar del Gerani söyləyib. O, daha sonra əlavə edib.

“Bəli, dörd aydır işsizəm. Gələcək planlara gəldikdə, taksi xidmətlərindən birində qeydiyyatdan keçib sürücü kimi fəaliyyət göstərmək fikrindəyəm. Xeyirlisi...”

Şəhriyar bəy aparıcısı olduğu “Real İzim” verilişindən ayrılmağının səbəblərindən də danışıb:

"Real İzim" bəlli yaradıcı, intellektual camiəyə hesablanmış televiziya layihəsi idi və bütöv bir mövsüm davam etdi. Maraqlananlar yutub platforması üzərindən axtarış verib bütün buraxılışları izləyə bilər. "Layihə niyə dayandı?" sualına cavab axtarası olsaq, əlbət, ucundan tutub qəpik-quruşuna qədər ucuzluğa gedib çıxmaq olar. Amma biz axşambazarı adamları deyilik ki, bir o qədər xırdalanaq. Fakt bu ki, o layihə bitdi və davam etməyəcək".

# 3929 dəfə oxunub

Müəllifin son yazıları

# # #