Eşq qum saatı kimidir: ürək dolarkən, beyin boşalır  - Dahilərdən eşq aforizmləri

Eşq qum saatı kimidir: ürək dolarkən, beyin boşalır  - Dahilərdən eşq aforizmləri
27 aprel 2020
# 20:30

Kulis az məşhur yazıçıların eşq haqqında söylədiyi ən gözəl fikirləri təqdim edir.

Lev Tolstoy: Gözəl olan sevgili deyil, sevgili olan gözəldir.

Jose Saramaqo: Sevmək sahiblənməyin ən gözəl yoludur hər halda. Sahiblənmək isə sevməyin ən çirkin yoludur.

Orxan Pamuk: Əslində, ən yaxşı eşq, nəinki tanımaq, heç görmədiyin insana duyulan eşqdir. Məsələn, korlar yaxşı aşiq olurlar.

Haruki Mukarami: Kim aşiq olubsa, əskik hissələrini axtarır. Ona görə də aşiq məşuqunu düşündükcə acı çəkər. Bu, eynən uzun zamandır görmədiyin birinin otağına girdiyin zaman tapdığın xatirələr kimidir.

Qabriel Markes: Sevdiyinin bir başqası ilə xoşbəxt olduğunu görməkdən daha acı bir şey varsa, o da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdir.

Lev Tolstoy: İnsanlar eşqlə bağlı baxışlarını dəyişdirməlidir. Qadınla kişi, cinsi eşqi indi olduğu kimi şeir havasına büründürməkdən qaçmalıdır. Bunun ancaq insanı alçaldan heyvani bir iş olduğu qəbul edilməlidir.

Milan Kundera: Bir qadınla sevişməklə, bir qadınla yatmaq - bunların hər ikisi fərqli, eyni zamanda bir-birinə zidd olan hisslərdir. Eşq özünü cütləşmək arzusunda hiss etdirməz, yuxunu paylaşmaq arzusunda hiss etdirər.

Ernest Heminquey: İki insan bir-birini sevirsə, onların xoşbəxt sonu yoxdur.

Benjamin Franklin: Eşqin çirkini, həbsxananın gözəli olmaz.

Erik From: Yeniyetmə eşq, “Səni sevirəm, çünki sənə ehtiyacım var”, olğunlaşmış eşq isə “Sənə ehtiyacım var, çünki səni sevirəm” deyər

Pablo Neruda: Amma ayaqlarını sevirəm… Çünki onlar, torpqada, küləkdə, sularda yeridilər. Məni tapana qədər…

Əlif Şafak: Əgər eşqdən əvvəl və eşqdən sonra eyni insan olaraq qala bilmişiksə, deməli yetərincə sevməmişik.

Ceyms Coys: Eşq əslində təbii olmayan bir duyğudur. Özünü nadir hallarda təkrar edər; ruh yenidən bakirə qalmayacaq vəziyyətə gəlir və bir başqasının ruhundakı okeana baş vuracaq gücü yenidən özündə tapmaz.

İskəndər Pala: Eşq baxmaqla gözəlləşir, danışmaqla zənginləşir, toxunmaqla pozulur.

Alber Kamyu: Fırtınanın şiddəti nə qədər olur olsun, qağayı sevdiyi dənizdən əsla imtina etməz.

Dostoyevski: Cəhənnəm nədir? Məncə o sevməyi bacara bilməməkdən acı çəkməkdir.

Culs Renard: Eşq qum saatı kimidir: ürək dolarkən, beyin boşalır.

Nazim Hikmət: Eşq bəzən getməklə qalmaq arasında etdiyin ən böyük savaşdır. Sevməyənin ağlı, sevənin qəlbi qazanır bu savaşda.

# 2721 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #