Elza Seyidcahan: “Qubadlıya qubadlılardan tez gedib çıxdım"

Elza Seyidcahan: “Qubadlıya qubadlılardan tez gedib çıxdım"
30 dekabr 2020
# 12:45

“Qubadlıdan deyiləm, amma mən ora qubadlılardan tez gedib çıxdım”.

Bu sözləri Kulis.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib. 27 il sonra işğaldan azad olunan Qubadlıya səfər edən Əməkdar artist səfər təəssüratlarını bizimlə bölüşdü:

“Bir qrup incəsənət nümayəndələri ilə Qarabağa gedən ilk sənətçilərdən oldum. Biz ora “Soy Production” və Dilarə xanımın dəvəti ilə getdik. Konsert vermək üçün deyil əsgərlərimizə baş çəkəmək üçün getmişdik. Böyük fəxr hissi ilə o torpaqlara ayaq basdım. Bilirsiniz ki, bizim Qubadlıdan olan çox gözəl sənətçilərimiz var. Mənim də qubadlıdan olan dostlarım var. Video çəkib bir-bir o adamlara yolladım. Baxmayaraq ki, mən əslən Qubadlıdan deyiləm, amma mən ora qubdlılardan tez gedib çıxdım. Bu gün hamının ən böyük arzularından biridir Qarabağa səfər etmək. Amma bilirsiniz ki, hələ də minadan təmizlənməyən ərazilər var. Bizi duyğulandıran, kövrəldən hisslər yaşadıq. Ermənilərin dağıdıb viran qoyduğu evlər sanki dil açıb danşırdı ki, gəlin sizi gözləyirdik. Daşlar danışırdı sanki".

Əməkdar artist Qubadlıda illər sonra ilk dəfə muğam səsləndirdiyini də qeyd edib:

“Qubadlıda ilk muğam oxuyan ifaçı da mən oldum. Bizimlə gedən heyətin içərisində xanəndə yox idi. Mən düşündüm ki, bu torpaqlarda mütləq muğam səslənmlidir. Seygah üzərində bir zümzümə etdim. Özümü çox xoşbəxt hiss etdim”.

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #