Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı

Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
18 iyun 2021
# 23:55

15 gün əvvəl oğlum qəzaya düşəndə ətrafımdan 5-6 nəfər bilirdi. Belə xəbəri çox insanla bölüşmək istəmirdim.

Problemim olanda çalışıram ki, bölüşməyim. Hətta valideyinlərimi də belə xəbərlərdən qoruyuram. Onlara hər şeyi 4 gün sonra demişdim.

Yazdığım statuslara görə nədənsə bəzi insanlar narahat olur. Amma mən heç vaxt özümə görə yazmıram. Ancaq insanları, ədalətli düşünərək yazıb işıqlandırıram. Bacardığım qədər, hətta imkanım xaricində insanlara yardım etmişəm həmişə, edirəm də. Bunu işıqlandırmıram, reklam etmirəm ki, baxın filankəsə bunu etdim.

Bir dəfə Rahat marketlə birgə karantin vaxtı 100 ailəyə yardım etdik, onda da çoxu niyə reklam edir dedi. İstəyirdim başqa şirkətlər də qoşulsun, buna görə də fotolar paylaşdım. Həm də ailələrin vəziyyətini görsünlər və daha çox insan ətrafındakı kasıb ailələri düşünsün deyə etdik.

Hazırda oğlum ayaq üstədir. Çıxırıq gəzirik, həkimə gedib gəlirik, yeməyə gedirik. Hər şey yolundadır.

Dünəndən telefonum susmur. Hamı yazır, zəng edir, maraqlanır. Hər birinizə təşəkkür edirəm.

Sənət dostlarımdan isə Röyanın yeri ən yüksək pillədədir bu gün. Heç vaxt yaxın dost olmamışıq, amma yaxın bildiklərimdən doğmalıq etdi. Çox mərdlik etdi. Özü hamıdan əvvəl xəbər tutmuşdu. Burda uzun-uzadı yazmaq istəmirəm. Elə şeylər var ki, onu az adam bilsə yaxşıdır, yaxşını da, pisi də.

İnsanları tanıdım və nə yaxşı ki, hər kəsin münasibətini özüm üçün bildim.

# 1473 dəfə oxunub

Müəllifin son yazıları

# # #