Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi açılıb.
Kulis.az xəbər verir ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.
Sərginin virtual ekspozisiyasında “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin qaliblərinin və iştirakçıların əsərləri yer alıb.
- Cəlil Cavanşir “P.S: Darıxıram” kitabını təqdim edəcək
- BMT-də “sərxoş diplomat” böhranı
- Cəlil Cavanşir və Taleh Yüzbəyov eyni layihədə
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “Instagram” sosial şəbəkələri vasitəsilə yayımlanıb.