“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq

“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
23 sentyabr 2020
# 11:17

Sərdar Aminin son kitabı olan “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, mərasim cümə günü - sentyabrın 25-i saat 17:00-dan 21:00-a qədər açıq havada baş tutacaq. Bulvarda “Dalğa” (Kələki) çay evində keçiriləcək imza gününə hər kəs dəvətlidir.

Qeyd edək ki, araşdırma təyinatlı kitab Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edir. Müəllif tarixi qaynaqlar və tanınmış tarixçilərin iddialarından irəli çıxaraq Azərbaycan tarixində qəbul edilmiş səhv qərarlardan söz açır.

İmza günündə yazıçının digər kitablarını əldə etmək imkanı da olacaq.

# 2176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #