“Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edilib

“Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edilib
30 yanvar 2021
# 12:01

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edir.

Kulis.az-ın xəbərinə görə, müsabiqədə saxta profillər istisna olmaqla, bütün “Facebook” istifadəçiləri iştirak edə bilərlər. Hər istifadəçi müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər. Hekayələr Azərbaycan dilində, maksimum 1000 işarədən ibarət olmalı və daha əvvəl heç yerdə dərc edilməməlidir.

İstifadəçilər hekayələrini və özləri barədə məlumatı Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə Word formatında (Times New Roman şrifti, 12 ölçü) məktub şəklində göndərməlidirlər. Münsiflər tərəfindən seçilmiş hekayələr Monitorinq Mərkəzinin “Facebook” səhifəsində paylaşılacaq. İştirakçılar Monitorinq Mərkəzinin “Facebook” səhifəsində təqdim olunmuş hekayəni şəxsi hesablarında paylaşmalıdırlar. Müəyyən edilmiş tarixə qədər ən çox “like” (bəyənmə) toplayan 3 müəllif qalib elan ediləcək.

Müsabiqənin əsas mükafatları:

1-ci yer - 500 man.

2-ci yer - 300 man.

3-cü yer - 200 man.

Həvəsləndirici mükafatlar (fəxri diplom və kitablar):

4-cü yer

5-ci yer

6-cı yer

7-ci yer

8-ci yer

9-cu yer

10-cu yer

Hekayələr 02.02.2021- 28.02.2021 tarixinlərində qəbul edilir. İlk mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş hekayələr 01.03.2021 tarixindən etibarən Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə yerləşdiriləcək. Final nəticələri 20.03.21 tarixibdə - Novruz Bayramında elan olunacaq.

# 2523 dəfə oxunub

Müəllifin son yazıları

# # #