“Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açıldı

“Çingiz Əlioğlu - 80”  adlı kitab sərgisi açıldı
29 iyun 2024
# 11:49

Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun 80 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Çingiz Əlioğlu–80” adlı kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə müəllifin əsərləri, tərcümələri, “Ön söz” yazdığı, redaktoru, tərtibçisi olduğu kitablar, həyat və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

# 215 dəfə oxunub

Müəllifin son yazıları

# # #