Çingiz Əhmədov: "Deyirdilər ki, atanız qadın paltarı geyinir"

Çingiz Əhmədov:  "Deyirdilər ki, atanız qadın paltarı geyinir"
24 iyun 2023
# 16:30

"39 ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Həmkarım Rəhman Rəhmanov isə 50 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında işləyir. "Oradan-buradan"ı yenidən bərpa etmək üçün həm vaxt, həm də məşqlər lazımdır. Eyni zamanda da güclü ssenaristə ehtiyac var. Bizim ssenaristimiz dünyasını dəyişib. Bütün güc onda idi".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "Qonağın qonağı" verilişində deyib. Aktyor bir vaxtlar həmkarı Rəhman Rəhmanovla oynadığı "Oradan-buradan" silsilə teletamaşalarını dayandırma səbəbindən danışıb:

"O zamanlar övladlarım İbrahim və Çinarə kiçik yaşda idilər. Onları mütəmadi təhsil aldıqları 189 saylı orta məktəbdən götürürdüm. Onların yaşıdları uşaqlarımın başına yığışıb deyirdilər ki, bunların ataları "arvad paltarı"nda səhnəyə çıxır. Bunu eşitdim və mənə çox pis təsir etdi. O sözlərdən sonra dedim ki, qadın obrazında çıxış etmək yetər. 2006-cı ildə sonuncu "Oradan-buradan" konsertini verdik.

Dedim ki, bununla da biz qadın paltarı geyinərək qadın obrazlarına son qoyuruq. Hər şeyin vaxtı, zamanı var. Bu da tükənməli, bitməlidir. Olmaz! Mən aktyoram.

Qadın paltarını çalışdığım teatrda da geyinə bilərəm. Marat Haqverdiyevin "Qısqanc ürəklər" komediya tamaşasında "hamilə qadın" və "sevgili qəhrəman" rolunu canlandırırdım. Teatr aktyorlarına qadın paltarı geyinib bu obrazı oynamaq çox çətindir. Bizdən əvvəl qadın obrazlarını Mirzəağa Əliyev, Mösüm Sənani, Rafael Dadaşov, Yaşar Nuri canlandırıb".

axşam.az

# 3075 dəfə oxunub

Müəllifin son yazıları

# # #