Çingiz Aytmatovun abidəsi gələn həftə hazır olacaq

Çingiz Aytmatovun abidəsi gələn həftə hazır olacaq
22 dekabr 2023
# 17:20

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin son tamamlama işləri görülür.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, abidə gələn həftə hazır olacaq: "Proses sürətlə davam etdirilir".

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda ucaldılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

# 622 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #