Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır.
Kulis.az xəbər verir ki, bu barədə Azərvaycan Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza məlumat verib:
“Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.
- Bakıda və Şəkidə Qazaxıstanın mədəniyyət günləri keçiriləcək
- Xəyanət görən qadınların rəmzi – Orxan Adıgözəl yazır...
- Ağır xəstə olan Selin Dion konsertə hazırlaşır - 4 il sonra
X.Rza Çingiz Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.
Qeyd edək ki, Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxıldığı, ötən gün isə halının yenidən pisləşdiyi bildirilirdi.
"Qafqazinfo.az"