Çingiz Abdullayev: "Ölkədən həmişəlik getmək vaxtıdır"

Çingiz Abdullayev:  "Ölkədən həmişəlik getmək vaxtıdır"
2 sentyabr 2023
# 13:33

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini açıqlayıb.

Kulis.az xəbər verir, yazıçı bu barədə sosial şəbəkədə paylaşım edib.

Sözügedən paylaşımı təqdim edirik:

"Mənə edilən bu axmaq hücumlardan bezdim. Axmaq olduqlarını yazacam, inciyəcəklər. İstedadsız olduqlarını yazacam, daha çox inciyəcəklər. Birliyimizin mətbuat katibi mənə izah etdi: "İndi bunun trend olduğunu başa düşməlisiniz. Onlar özlərini əhəmiyyətli göstərmək üçün sizə aid ağızlarına gələni yazırlar. Çünki başqa cür alınmır. Sizin tonunuzdan daha əhəmiyyətli görünürlər".

Bəlkə də, belədir. Ancaq məni elə bezdiriblər ki! Bəlkə, doğrudan, həmişəlik çıxıb getmək vaxtıdır? Təəssüf. Bura mənim ölkəmdir, mənim şəhərimdir, ancaq məni bu şəhərin ləhçəsində danışdığım üçün də qınayırlar. Belə də yaşayırıq! Qeyri-adekvat adamlar xeyli çoxdur. Bu, artıq əhalini də korlayır. Nəsə eləməyin vaxtıdır".

# 12381 dəfə oxunub

Müəllifin son yazıları

# # #