"Çingiz Abdullayev hələ də Sovet dövründən çıxa bilməyib" - Müşfiq Abbasov

"Çingiz Abdullayev hələ də Sovet dövründən çıxa bilməyib" - Müşfiq Abbasov
31 avqust 2023
# 18:40

"Çingiz Abdullayev hələ də Sovet dövründən və rus icmasından çıxa bilməyib. O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil".

Kulis.az xəbər verir ki, bu sözləri “-4” və “Qan haqqı” əsərlərinin müəlifi, detektiv yazıçısı Müşfiq Abbasov deyib.

Yazıçının sözlərinə görə, hazırda Azərbaycan ədəbiyyatından oxuduğu yazıçı yoxdur:

"İndi heç kəsi oxumuram. Amma əvvəllər Çingiz Abdullayevlə Elxan Elatlının kitablarını oxumuşam. Fikirlərimi soruşsanız deyərəm ki, Elxan bəy daha maraqlı və oxunaqlı yazır. Amma onun da hüquq sahəsindəki təcrübəsizliyi əsərlərində aşkarca hiss olunur və kitabları reallıqdan çox uzaqdır. Çingiz Abdullayevə gəldikdə isə onun da əsərlərinin əksəriyyəti demək olar ki, bir-birinə oxşayır. Adam hələ də Sovet dövründən və rus icmasından çıxa bilməyib... O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil".

news24.az

# 1039 dəfə oxunub

Müəllifin son yazıları

# # #