Amerikalı məşhur aktyor Cim Kerri Fransanın ən nüfuzlu kino mükafatı olan "Cesar"la təltif ediləcək.
Kulis.az xəbər verir ki, sənətçi Fransız Kino Akademiyası tərəfindən kinoya verdiyi böyük töhfələrə görə bu mükafata layiq görülüb .
Qeyd edək ki, mükafatlandırma mərasimi 17 fevral 2026-cı ildə Parisdəki "Olimpiya" konsert zalında keçiriləcək.