“Cəza” filmi Pekin Film Festivalının baş mükafatını qazandı

“Cəza” filmi Pekin Film Festivalının baş mükafatını qazandı
2 may 2023
# 15:20

Pekin Film Festivalının əsas mükafatı olan Tiantan Mükafatına Matias Bizenin Çili və Argentinada istehsal olunmuş “Cəza” (El Castigo, 2022) filmi layiq görülüb.

Kulis.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Festivalda Meksikalı Lila Avilés “Totem” filminə görə ən yaxşı rejissor kimi Tiantan Mükafatını qazanıb.

Festivalın favoriti Çin filmi olan Çjan Lu tərəfindən çəkilmiş “Kölgəsiz qala” (Bai Ta Zhi Guang, 2023) olub. Film ən yaxşı aktyor, ən yaxşı ikinci plan qadın rolu, ən yaxşı ikinci plan aktyoru, ən yaxşı operator işi, ən yaxşı ssenari kateqoriyalarında mükafatlar alıb.

Ən yaxşı qadın rolu mükafatını “Cəza” filminin çilili aktrisası Antonia Ceheres və Cristian Carion-un "Madeleine of Life" (Une Belle Course, 2022) filminə görə fransız aktrisa Lin Renaud qazanıb.

# 918 dəfə oxunub

Müəllifin son yazıları

# # #