Dünyaca məşhur rejissor Ceyms Kemeron “Forbes” jurnalının siyahısına əsasən rəsmi şəkildə milyarder statusu qazanıb.
Kulis.az xəbər verir ki, rejissorun şəxsi sərvəti 1,1 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, onun ekranlaşdırdığı filmlərin ümumi kassa gəliri isə 9 milyard dolları ötüb.