Qartəmizləyən maşının vurduğu və 30 sümüyü qırılan Hollivud aktyoru, iki dəfə Oskar mükafatına namizəd Ceremi Renner həyatını xilas edən tibb işçilərini ziyarət etmək üçün xəstəxanaya qayıdıb.
Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Aktyor instaqramda tibb işçiləri ilə silsilə fotolar paylaşaraq "Həyatımı xilas edən heyrətamiz insan qrupuna yenidən baş çəkmək məcburiyyətindəyəm", - deyə görüntülərə başlıq əlavə edib.