Cəmilə Həşimovanın “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq

Cəmilə Həşimovanın “Gözəllik aşiqi”  fərdi sərgisi açılacaq
27 fevral 2026
# 11:30

Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış rəssam Cəmilə Həşimovanın “Gözəllik aşiqi” adlı fərdi sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, layihə müəllifin zəngin bədii dünyasını, yaradıcılıq üslubunu və estetik baxışını geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Sərgidə 60-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdiriləcək. Rəssamın yaradıcılığında əsas motivləri fərqli şəkildə təqdim olunan qadın obrazları, çiçəklər, quşlar və təbiət formaları təşkil edir. Açıq rəng palitrası, yumşaq ton keçidləri və detallara həssas yanaşma sərginin ümumi vizual poetikasını müəyyənləşdirir.

Layihədə muzeyin Ənənəvi texnologiya şöbəsində Cəmilə Həşimovanın əsəri əsasında toxunmuş “Yol” adlı xalçaya xüsusi yer veriləcək. Əsərdə təsvir edilən şəhər, evlər və hərəkətdə olan insan fiquru simvolik məna daşıyır. Burada ənənəvi toxuculuq texnikası ilə müasir müəllif baxışı harmoniya təşkil edir.

Cəmilə Həşimova Roma, Paris, Sofiya, Brüssel, Berlin və digər şəhərlərdə keçirilmiş fərdi sərgilərin müəllifidir. Onun əsərləri bir çox muzey və şəxsi kolleksiyalarda qorunur. “Gözəllik aşiqi” sərgisi də rəssamın fərdi üslubunu, bədii mövqeyinin ardıcıllığını nümayiş etdirən növbəti əhəmiyyətli mədəni hadisədir.

Sərgi martın 8-dək davam edəcək.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər