Məşhur türk müğənni Cem Adrian Qəzza faciəsinə “Bir quş uçar” adlı mahnı həsr edib.
Kulis.az xəbər verir ki, mahnı qısa müddətdə sosial mediada geniş əks-səda doğurub.
Mahnının misraları minlərlə sosial media istifadəçisi tərəfindən paylaşılıb və bəyənilib:
Bir quş uçar, geri dönməz
Sözü bitər, səsi dinməz…
Bu nə oddur, külü sönməz.
Canı qoyub getmə..
Ah, zaman...
Vah, zaman…
Məni görmədi, qoca dünya.
Ah, bu zamana...
Vah, bu zamana...
Məni itirdi zalım dünya
İfaçı açıqlamasında İranda baş verənlər üçün də kədərləndiyini qeyd edib:
“Ürəyimiz, əlbəttə, İran xalqı ilədir. Baş verənləri narahatlıqla və təəssüf ki, çarəsiz şəkildə izləyirik”.