Çəkilməmiş filmə görə milyon dollarlıq məhkəmə iddiasını qazandı

Çəkilməmiş filmə görə milyon dollarlıq məhkəmə iddiasını qazandı
28 aprel 2023
# 15:30

Hollivud aktrisası Eva Qrin aprelin 28-də çəkilməmiş “Patriot” filminə görə milyon dollarlıq məhkəmə iddiasını qazanıb.

Kulis.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ona 1 milyon dollar ödəməyən "White Lantern" kinostudiyası ilə məhkəmə çəkişməsindən məhkəmə aktrisaya haqq qazandırıb.

Qeyd edək ki, 2019-cu ildə "Patriot" layihəsi maliyyə problemlərinə görə dayandırılıb. Qrin layihədə iştirak edən film şirkətini müqaviləyə görə layihə dondurulsa belə, almalı olduğu qonorarı ödəməməkdə günahlandırıb.

# 1199 dəfə oxunub

Müəllifin son yazıları

# # #