Dmitri Dyaçenkonun "Çeburaşka" bədii filmi yayım xidmətlərindən əldə edilən gəlirləri izləyən The Numbers portalına görə, 2023-cü ilin ən çox gəlir gətirən filmlərindən biri olub.
Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Portalın dərc etdiyi siyahıda “Çeburaşka” 20-ci yeri tutub. Siyahıda daha bir rus filmi var - Klim Şipenkonun "Çağırış" kosmik dramı reytinqin 49-cu pilləsində qərarlaşıb.
Portalın məlumatına görə, mayın 12-də "Çeburaşka" kassada 86,1 milyon dollar qazanıb, "Çağırış" 10,5 milyon dollar toplayıb. Reytinqin lideri isə 1,1 milyard dollarla "Super Mario Bros. Movie" cizgi filmi olub.