Caz səhnəsinin pioneri vəfat edib

Caz səhnəsinin pioneri vəfat edib
21 iyun 2025
# 17:20

Britaniyalı gitara ifaçısı, pedaqoq, caz səhnəsinin pioneri Dill Katz 80 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Katz 13 iyun tarixində dünyasını dəyişib, lakin bu xəbər ictimaiyyətə yalnız indi məlum olub.

Dill Katz peşəkar musiqi karyerasına 18 yaşında Dublində başlayıb. Daha sonra doğma şəhəri Londona qayıdıb. O, həm kontrabasda, həm də məşhurlaşdığı elektrik bas gitarasında ifa edib. Katz eyni zamanda Londonun məşhur Gildholl Musiqi və Dram Məktəbində bas ifasının tədrisi ilə məşğul olub.

Qeyd edək ki, bır sıra sağlamlıq problemlərinə baxmayaraq, Dill Katz yaxın zamana qədər ifa etməyə davam edib.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #