Caz şahzadəsi Türkiyədə konsert verib

Caz şahzadəsi Türkiyədə konsert verib
29 iyul 2024
# 10:12

Azərbaycanlı pianoçu, bəstəkar və müğənni Əzizə Mustafazadə "Harbiye Cemil Topuzlu" açıq hava teatrında musiqisevərlərlə görüşüb. Konsertdə piano ifası ilə yanaşı, caz üslubunda azərbaycan mahnıları da ifa edən Əzizə Mustafazadə pərəstişkarlarından böyük dəstək alıb.

Kulis.az xəbər verir ki, sənətçi konsertin bir hissəsində oğlu Ramiz xanı səhnəyə dəvət edib. Anasının sevilən bəstələrini ifa edən Ramiz xanın ifası tamaşaçılar tərəfindən bəyənilib. Güclü yağışa baxmayaraq, sənətçinin pərəstişkarları konserti tərk etməyərək Əzizə Mustafazadəni alqışlarla müşayiət ediblər.

Uzaq Şərq xalq musiqisini cazla qarışdıran və onu klassik Qərb musiqisi üslubunda şərh edən sənətçini basda Ralf Cetto, zərb alətlərində isə Simon Zimbardo müşayiət edib.

# 717 dəfə oxunub

Müəllifin son yazıları

# # #