#

Cavanşir Quliyev bu gün evə buraxılacaq

Cavanşir Quliyev bu gün evə buraxılacaq
20 fevral 2024
# 16:08

Bir neçə gün öncə Türkiyədə ağır cərrahiyə əməliyyatı keçirən tanınmış bəstəkar Cavanşir Quliyevin vəziyyəti artıq yaxşıdır.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxın dostu, rejissor Ramiz Mirzəyev məlumat verib.

“O artıq özünü yaxşı hiss edir, bu gün evə buraxılacaq. Bir neçə gün evdə istirahət etdikdən sonra Bakıya dönəcək. Hər şey yaxşıdır”, - o bildirib.

Lent.az

# 775 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #