Cabbar Qaryağdıoğlu yad edildi

Cabbar Qaryağdıoğlu yad edildi
13 iyun 2024
# 12:30

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi “Bülbülün qonaqları” rubrikasında növbəti dəfə Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu yad edilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Cabbar Qaryağdıoğlunun dostuluğundan, Elmi Tədqiqat Musiqi Kabinetindəki birgə fəaliyyətindən, xalq musiqisinin inkişafında xanəndənin misilsiz xidmətlərindən bəhs edib.

Azərbaycan Milli Konservatoriyasının Tələbə və Gənclər Təşkilatının sədri Ayxan İmanov tədbirin təşkili üçün Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimiyə və muzeyin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələri Murad Kərimli, Aycan Şükürlü, Nuray Hacızadə, VIII “Muğam” Televiziya Müsabiqəsinin laureatı Nərgiz Cabbarova "Rast", "Qatar", "Bayatı-Şiraz", "Şahnaz" təsniflərini ifa ediblər.

Sonda xanəndənin repertuarından "Qarabağ şikəstəsi" səsləndirilib.

# 499 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #