Burak Özçivitin yüksək qonorar tələbi rədd edildi

Burak Özçivitin yüksək qonorar tələbi rədd edildi
22 iyul 2025
# 13:30

Sentyabrda yeddinci sezonu ilə geri dönəcək "Quruluş Osman"ın prodüseri Mehmet Bozdağ ilə baş rolu canlandıran Burak Özçivit arasında qonorar mübahisəsi yaranıb.

Kulis.az xəbər verir ki, 2019-cu ildən "Quruluş Osman" serialının baş qəhrəmanını canlandıran aktyor növbəti mövsüm üçün danışıqlar zamanı prodüser şirkətindən hər seriya üçün 4 milyon türk lirəsi tələb edib.

Onun bu tələbi həddindən çox olduğu üçün rədd edilib.

Birsen Altuntaşın dediyinə görə, Özçivitin ödəniş tələbindən sonra hər iki tərəf sosial şəbəkədə bir-birini izləməyi dayandırıb.

İnsayderin məlumatlarına görə, Özçivit yeni mövsümdə davam edəcək serialın heyətində yer almayacaq.

Qeyd edək ki, serialın ssenarisində dəyişiklik edilməsi və Osman bəyin yaşlı vaxtının çəkilməsi gözlənilir. Daha əvvəl Emre bəyin canlandırdığı Orxanı yeni mövsümdə kimin canlandıracağı isə bəlli deyil.

# 182 dəfə oxunub

Müəllifin son yazıları

# # #