Bülənt Ərsoy “Qızıl kəpənək”də geyimi ilə diqqət çəkdi

Bülənt Ərsoy “Qızıl kəpənək”də geyimi ilə diqqət çəkdi
9 dekabr 2024
# 09:22

50-ci buraxılışı keçirilən “Qızıl kəpənək” mükafatlandırma gecəsində önəmli qonaqlardan biri müğənni Bülənt Ərsoy olub.

Kulis.az xəbər verir ki, müğənni “Qızıl kəpənəy”in "50 il özəl mükafatı"na layiq görülüb.

Geyimi ilə diqqət çəkən Ərsoy yaşıl libasdan istifadə edib.

Bülənt çıxışında “Ömrümün 50 ilini Bülənt Ərsoy markasına həsr edən biriyəm. Yeri gələndə 50 ildə bir çox ilim kədərlə keçdi. Amma həmişə səbr və şükr etdim. Bir çox ölkədən vətəndaşlıq təklifi gəldi, əsla qəbul etmədim. Çünki türk millətinin sayəsində bu yerlərə gəldim. 74 yaşındayam. Bundan sonra rəqibim, mübahisə edəcək biri yox. Niyə yaşayıram? Hər şeyin ən gözəlini yaşadım. Alnımın təri ilə qazandığım pulları yedim” sözlərini deyib.

# 368 dəfə oxunub

Müəllifin son yazıları

# # #