“Bülbülün qonaqları” layihəsində Səməd Vurğun yad edildi

“Bülbülün qonaqları”  layihəsində Səməd Vurğun yad edildi
11 iyul 2025
# 18:30

“Bülbülün qonaqları” layihəsi çərçivəsində Xalq şairi Səməd Vurğunun xatirəsi yad edilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova şairin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil etdiyini qeyd edib.

Səməd Vurğunun nəticəsi, Prezident mükafatçısı, tanınmış pianoçu, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov tədbir iştirakçıları ilə öz təəssüratlarını bölüşüb.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əsəd Cahangir, Güləmayıl Murad şairin həyat və yaradıcılığından bəhs ediblər.

Vurğun Vəkilovun müşayiəti ilə Əməkdar artist Ramil Qasımov "Şair, nə tez qocaldın sən!", gənc və istedadlı vokalçı İslama Abdullayeva "Aygün", "Bir diyarın eşqinə" romanslarını, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin üzvü Aşıq İlqar Qələmçəli "Dağlar" şeiri, Baş dübeyti havasını səsləndirib. Tədbirdə qiraətçi Mircabir Cavadzadə Səməd Vurğunun "Ana" və "Azərbaycan" şeirləri ilə çıxış edib.

“Bülbülün qonaqları” layihəsi çərçivəsində 1937-1961-ci illərdə Bülbülün evində onun qonağı olmuş dahi şəxsiyyətlər yad olunur.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #