Bəzi özəl televiziya kanallarında yayımlanan bir sıra verilişlərin efirdən çıxarılması ilə bağlı qərar qəbul edilib.
Oxu.az-ın məlumatına görə, “Azad Azərbaycan” (ATV) telekanalında Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən”, Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri efirdən çıxarılıb. ATV-dən bildirilib ki, qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib.
Eləcə də sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları “Səni Axtarıram” və “Həmin Zaur” verilişlərinin də yayımı dayandırılır.
Qeyd edək ki, sözügedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdir özəl mənbələr tərəfindən iddia olunurdu. ARB telekanalının mətbuat xidməti məlumatı təsdiqləyib.
Manset.az-ın verdiyi xəbərə görə, Xəzər TV-də Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” verilişi də telekanalın daxili qərarı ilə yayımdan qaldırılıb.