Bu qərardan sonra yazıçılar 30 manat ödəyəcək

Bu qərardan sonra yazıçılar 30 manat ödəyəcək
1 noyabr 2021
# 11:19

Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində vahid dövlət rüsumu müəyyən olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün yalnız bir rüsum müəyyənləşir.

Buna görə 30 manat rüsum ödənilməsi nəzərdə tutulur.

İndiyə qədər əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat rüsum ödəyirdi.

Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün 30 manat rüsum müəyyənləşir.

İndiyə qədər bununla bağlı hüquqi şəxslər üçün rüsum 20 manat, fiziki şəxslər üçün isə 10 manat idi.

# 1978 dəfə oxunub

Müəllifin son yazıları

# # #