Bu filmin nümayişi təxirə salındı - Adı dəyişəcək

Bu filmin nümayişi təxirə salındı - Adı dəyişəcək
25 oktyabr 2023
# 13:40

Rejissor Kristofer Makkuorrinin "Missiya: Mümkünsüz 8" filminin nümayişi təxirə salınıb.

Kulis.az xəbər verir ki, buna səbəb Hollivud aktyorlarının tətili olub.

Filmin nümayişi bir il sonraya 23 may 2025-ci ilə keçirilib.

Bundan əlavə, filmin redaktoru Aaron Couch "X"da filmin adının dəyişəcəyini qeyd edib.

Qeyd edək ki, Tom Kruzun baş rolda oynadığı filmin 28 iyun 2024-cü ildə nümayiş olunacağı gözlənilirdi.

# 484 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #